Müxaifət deputat mandatından rəsmən imtina edib
Tarix: 03-11-2020 12:57 | Bölmə: Dünya
Müxaifət deputat mandatından rəsmən imtina edib

Gürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.

Bununla bağlı siyasi təşkilatlar birgə bəyanat imzalayıblar.

Sənəddə bildirilib ki, müxalifət seçkiləri legitim hesab etmir.

Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edir.

Bəyanata “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku, “Avropalı Gürcüstan”, “Lelo”, “Aqmaşenebeli strategiyası”, “Vətənpərvərlər Alyansı”, “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı və Leyboristlər Partiyası imza atıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər