Ukrayna İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etmək istəyir
Tarix: 03-11-2020 17:26 | Bölmə: Dünya
Ukrayna İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etmək istəyir

Ukrayna yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu əldə etməkdə maraqlıdır.

“Mfa.gov.ua” xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova İƏT-in baş katibi Yusef əl-Otayminlə videokonfrans rejimində keçirilən danışıqlar zamanı bildirib.

“Bu, belə bir nüfuzlu birlik ilə daha yaxın koordinasiyanı həyata keçirməyə və üzv dövlətlərlə münasibətlərin ikitərəfli səviyyədə dərinləşməsinə təsir edəcək”, - o, vurğulayıb.

Birinci müavin Ukraynanın təşkilatın müşahidəçisi statusunun əldə etməsi sorğusunu yenilədiyini də deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər