Daha bir ölkə başçısı koronavirusa yoluxub
Tarix: 04-11-2020 08:52 | Bölmə: Dünya
Daha bir ölkə başçısı koronavirusa yoluxub

Əlcəzair prezidenti Abdelmajid Tebbun koronavirus infeksiyasına yoluxub.

“Reuters” xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının sağlamlıq durumu getdikcə yaxşılaşır.

Məlumata görə, oktyabrın 24-də adminstrasiyanın işçiləri testdən keçərkən başda Tebbun olmaqla bir neçə əməkdaşın nəticələri müsbət olub. Yoluxmuş şəxslər dərhal könüllü olaraq beş günlük təcrid ediliblər.

Daha sonra dövlət başçısının xəstəxanaya yerləşdirildiyi və oktyabrın 28-də həkimlərin tövsiyəsi ilə tibbi müayinədən keçmək üçün Almaniyaya getdiyi bildirilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər