Qırğız Respublikası parlamentinin sədri istefa verib
Tarix: 04-11-2020 10:46 | Bölmə: Dünya
Qırğız Respublikası parlamentinin sədri istefa verib

Qırğız Respublikası parlamentinin sədri Kanat İsayev tutduğu vəzifədən istefa verib.

Bu barədə o, parlamentin iclasında bildirib.

İsayev oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra bu vəzifəyə seçilmişdi. Bu siyasi kampaniyanın nəticəsi isə oktyabrın 5-də gerçəkləşmiş etiraz aksiyalarından sonra etibarsız sayılıb. Bununla belə, İsayev bildirib ki, prezidentliyə namizəd olaraq irəli sürüldüyü üçün sədrlikdən istefa verib.

Qeyd edək ki, 5 oktyabr etiraz aksiyasından sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verib. Oktyabrın 15-dən dövlət başçısının səlahiyyətlərini baş nazir Sadır Japarov icra edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər