Portlenddə iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyadan istifadə olunacaq
Tarix: 05-11-2020 12:45 | Bölmə: Dünya
Portlenddə iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyadan istifadə olunacaq

ABŞ-nin Oreqon ştatının qubernatoru Keyt Braun prezident seçkisindən sonra etirazların başladığı küçələrdə asayişi bərpa etmək üçün ABŞ Milli Qvardiyasının Portlendə gətirilməsi barədə göstəriş verib.

Bu barədə “USA TODAY” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, şəhərin hüquq-mühafizə orqanları irimiqyaslı qanun pozuntuları qeydə alıblar. Həmçinin vandalizm aktları barədə məlumatlar var. ABŞ Milli Qvardiyasının şəhərin küçələrində asayişi bərpa etməyə kömək edəcəyi gözlənilir.

Hazırda Portlenddə iki nümayişçi qrupu fəaliyyət göstərir. Doqquz nəfərin saxlandığı bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər