Tramp səs sayımının dayandırılmasını istəyir - Tərəfdarları iki ştatda seçki mərkəzinə hücum edib
Tarix: 05-11-2020 19:50 | Bölmə: Dünya
Tramp səs sayımının dayandırılmasını istəyir - Tərəfdarları iki ştatda seçki mərkəzinə hücum edib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp artıq səslərin sayılmasının dayandırılmasını tələb edib.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, Tramp seçki günündən sonra verilən səslərin etibarsız olacağını deyib: 

“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”.

Bu arada Trampın tərəfdarları Arizona və Miçiqanda səsverə mərkəzlərini hücum edərək, səslərin sayıılmasının dayandırılmasını tələb ediblər.

Trampın rəqibi Bayden isə səslərin sonadək sayılmasını tələb edib:

"Səslərin sayılmasına mane olunmasına qətiyyən imkan verməyəcəyik".

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı davam edir. İlkin nəticələrə görə, demokratların namizədi Bayden öndədir. Respublikaçıların namizədi Tramp isə seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər