Rusiya Baş nazirinin müavini qəzaya uğrayıb
Tarix: 06-11-2020 23:42 | Bölmə: Dünya
Rusiya Baş nazirinin müavini qəzaya uğrayıb

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun olduğu avtomobil Moskvadakı Kutuzovski prospektində qəzaya uğrayıb. Onu Mərkəzi Klinik Xəstəxanaya aparıblar.

Bu barədə “RİA Novosti”yə Overçukun mətbuat katibi Andrey Matveyev məlumat verib.

Hadisənin yerli vaxtla 20:30-da baş verdiyi bildirilir. Yol polisinin ilkin məlumatına görə, qəza zamanı iki avtomobil toqquşub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər