Bosniya və Herseqovinanın hökumət rəhbəri COVID-19-a yoluxub
Tarix: 07-11-2020 17:36 | Bölmə: Dünya
Bosniya və Herseqovinanın hökumət rəhbəri COVID-19-a yoluxub

Bosniya və Herseqovina hökumətini sədri Zoran Tegeltiyanın COVID-19 ilə bağlı verdiyi testin nəticəsi müsbət çıxıb.

Hökumətdən verilən məlumata görə, evdə təcrid olunmuş baş nazir özünü yaxşı hiss edir, koronavirus əlamətləri zəifdir.

Qeyd edək ki, ötən 24 saat ərzində Bosniya və Herseqovinada koronavirusdan 49 nəfər ölüb və ölənlərin ümumi sayı 1 457 nəfərə çatıb. Həmçinin yoluxanların sayı 1 921 nəfər artaraq 59 427 olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər