Ermənistanın Baş Qərargah rəisi partiya rəhbərləri ilə görüşüb - Foto
Tarix: 10-11-2020 09:06 | Bölmə: Dünya
Ermənistanın Baş Qərargah rəisi partiya rəhbərləri ilə görüşüb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksütyun” partiyalarının rəhbərləri ilə görüşüb.

Ermənistan KİV-ləri yazır ki, görüşdə ölkədəki vəziyyət müzakirə olunub.

Partiyalar görüşün yekunlarına dair birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir:

“Biz xalqımızı sakitliyi qorumağa çağırırıq. Biz hələ də müharibə vəziyyətindəyik. Siyasi partiyalar Ermənistan Silahlı Qüvvələrinə və Müdafiə Ordusuna qeyd-şərtsiz dəstək verirlər. Siyasi qüvvələr əmin edirlər ki, tərəfdaş partiyalarla razılığa əsasən, yaxın saatlarda yaranmış vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış edəcəklər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər