Ermənistanda 17 partiya Nikol Paşinyana qarşı birləşib
Tarix: 10-11-2020 21:03 | Bölmə: Dünya
Ermənistanda 17 partiya Nikol Paşinyana qarşı birləşib

Sabah İrəvanın Azadlıq meydanında mitinq keçiriləcək.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın 17 siyasi partiyasının birgə bəyanatında qeyd edilib.

“Təəssüf hissi ilə bildiririk ki, dünən gecə tariximizdə ən biabırçı və alçaldıcı səhifəsi yazıldı. Cəbhədə torpaqları və dövlətçiliyi qanları hesabına qoruyan əsgərləriniz və hamımızın arxasında xain bir müqavilə imzalandı. Bu anda kollektiv birliyimiz vacibdir, daxili sabitliyimizi qorumaq mühümdür”,- bəyanatda qeyd edilib.

Əlavə edilib ki, sabah - 11 noyabr 13:30-da hamını mövcud vəziyyətdən çıxış yolunun təqdim ediləcəyi İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqə dəvət edirik.

Müşahidələr göstərir ki, artıq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sülh razılaşması İrəvanda ciddi müqavimətlə rastlaşıb. Nikol Paşinyana qarşı olan siyasi qüvvələr sabah ilk aksiyalarını keçirməyi planlayır. Bu, Ermənistanın indiki qərbyönümlü hakimiyyətinə qarşı keçmiş qüvvələrin revanşı ola bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər