Yerevandakı etirazçılar Paşinyanı öldürmək istəyir
Tarix: 11-11-2020 17:21 | Bölmə: Dünya
Yerevandakı etirazçılar Paşinyanı öldürmək istəyir

Ermənistanda 17 siyasi təşkilatın Yerevandakı Azadlıq meydanında keçirdiyi etiraz aksiyası nəzarətdən çıxır.

Reyting.az
xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyanın iştirakçıları Nazirlər Kabinetinə doğru irəliləməyə başlayıblar.

“ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan deyib ki, Ermənistanda artıq Nazirlər Kabineti yoxdur. “Biz, həmçinin tələb edirik ki, təcili parlamentin iclası çağırılsın”, - deyə o qeyd edib.

Nazirlər Kabinetinin binası polislərlə əhatələnib.

Aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru irəliləməsi təsadüfi deyil. Səhər saatlarında Baş nazir Nikol Paşinyanın orada gizləndiyi barədə məlumat yayılıb. Bəzi iddialara görə, aksiya iştirakçıları Baş naziri linç etmək üçün Nazirlər Kabinetinə doğru gedir.(Yeni Sabah)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər