Yerevanda müxalifətin mitinqinin bir neçə təşkilatçısı saxlanılıb
Tarix: 11-11-2020 23:33 | Bölmə: Dünya
Yerevanda müxalifətin mitinqinin bir neçə təşkilatçısı saxlanılıb

Ermənistanın paytaxtı Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısı saxlanılıb.

Ermənist KİV-lərinin məlumatına görə, saxlanılanlar arasında "Erkir media" telekanalının rəhbəri Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan, ən böyük müxalifət partiyalarından biri olan "Çiçəklənən Ermənistan"ın sədri Qaqik Sarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.

Xatırladaq ki, daha əvvəl etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər. Müxalifət Baş nazirin istefasını tələb edir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər