Gürcüstanda müxalifət partiyaları etiraz aksiyasını davam etdirir
Tarix: 14-11-2020 16:19 | Bölmə: Dünya
Gürcüstanda müxalifət partiyaları etiraz aksiyasını davam etdirir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifət partiyalarının növbəti aksiyası keçirilir.

Məlumata görə, şəhərin mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyanın əsas tələbi təkrar parlament seçkilərinin keçirilməsi, Mərkəzi Seçki Komissiyası sədrinin istefası və müxalifətin siyasi məhbus hesab etdiyi bir neçə şəxsin azadlığa buraxılmasıdır.

Mitinqdə oktyabrın 31-də keçirilən parlament seçkiləri nəticəsində deputat mandatları qazanan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan və digər partiyaların üzvləri və tərəfdarları iştirak edirlər.

Qeyd edək ki, müxalifətin eyni tələblərlə son aksiyası noyabrın 8-də baş tutub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər