Moldovada prezident seçkilərinin ikinci turu keçirilir
Tarix: 15-11-2020 09:19 | Bölmə: Dünya
Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

Noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50 faiz dəstəyini qazanmadığından bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, müxalifətin kütləvi etirazlar barədə hədələrinə baxmayaraq, seçkilərin birinci turu nisbətən sakit keçib və qalibi aşkar etməyə imkan verməyib.

Birinci turdakı seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1 faiz səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6 faizi səs verib.

Dünya Bankının keçmiş eksperti olan M. Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarıdır. Rusdilli əhali arasında nüfuz sahibi olan İ. Dodon isə Rusiyanın dəstəyinə arxalanır.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər