Ermənistan müxalifəti Paşinyanın növbədənkənar iclasdakı çıxışını boykot edib
Tarix: 16-11-2020 16:06 | Bölmə: Dünya
Ermənistan müxalifəti Paşinyanın növbədənkənar iclasdakı çıxışını boykot edib

Ermənistanın hakim “Mənim addımım” fraksiyasının təşəbbüsü ilə baş nazir Nikol Paşinyan parlamentin növbədənkənar iclasında çıxış edib.

Məlumatı “Novosti Armeniya” yayıb.

Amma parlamentdəki müxalifət deputatları iclası boykot edib.

N.Paşinyan deyib ki, iclasda müxalifətin iştirak etməməsindən təəssüflənir: “Onları maraqlandıran suallara cavab almaları üçün yaxşı imkan yaranıb”.

Qeyd edək ki, milyonçu deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası parlamentdə ən əsas müxalif fraksiyaya məxsusdur/Report.

Paşinyan iclasda deyib ki, Ermənistanla Rusiya arasında münasibət strateji və müttəfiqlik səviyyəsində qaldığına heç kim şübhə etməsin.

O, Ermənistan-Rusiya problemlərinə görə Qarabağda gərginliyin baş verməsinin və mümkün istefasının bu problemi yaxşılığa doğru dəyişəcəyini mif adlandırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər