Vəliəhd Ermənistan prezidentini qəbul edib
Tarix: 16-11-2020 17:13 | Bölmə: Dünya
Vəliəhd Ermənistan prezidentini qəbul edib

BƏƏ-yə səfər edən Ermənistan prezidenti Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zaidlə görüşüb.

Reyting.az
“WAM”-a istinadla xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyət də daxil olmaqla, müxtəlif məsələləri müzakirə ediblər.

Birləşmiş Əmirliyin rəsmi xəbər agentliyinin məlumatına görə, Ermənistan prezidenti Armen Sarkisyan və Əbu-Dabidəki BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanının müavini Məhəmməd bin Zaid iki ölkə arasındakı əməkdaşlığı nəzərdən keçirib.

Milli təhlükəsizlik müşaviri Tahun bin Zaid Ali-Nahyanın da qatıldığı görüşdə iki ölkə arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi yolları da müzakirə olunub.

Əbu-Dabinin vəliəhdi Ermənistan ilə Azərbaycan arasında hərtərəfli atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edərək, bunu Qafqaz bölgəsində sülh və sabitliyə doğru addım adlandırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər