Tehranda, yoxsa Qəznidə? - Əfqan XİN-dən təkzib
Tarix: 16-11-2020 17:43 | Bölmə: Dünya
Tehranda, yoxsa Qəznidə? - Əfqan XİN-dən təkzib

“Əl-Qaidə”nin ikinci şəxsi Əfqanıstanda öldürülüb”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu Əfqanıstan xarici işlər nazirinin müavini Mirveys Nab bildirib.

Onun sözlərinə görə, “Əl-Qaidə”nin ikinci şəxsi sayılan Əbu Mohsen Əl-Məsrinin “Mossad” tərəfindən Tehranda öldürülməsi ilə bağlı yayımlanan xəbərlər yalandır.

“O, Qəzni vilayətində öldürülüb. Bu, Əfqanıstan İslam Respublikası tərəfindən təsdiq edilib”.

Xatırladaq ki, “New York Times” qəzeti “Əl-Qaidə” funksioneri və Bin Ladenin dul qadının üç ay əvvəl ABŞ-ın əmri ilə Tehranın Pasdaran küçəsində İsrail agentləri tərəfindən öldürüldüyünü iddia edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də həmin xəbəri təkzib edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər