İranın 150-yə yaxın şəhərində məhdudiyyət tətbiq ediləcək - Səbəb
Tarix: 16-11-2020 20:26 | Bölmə: Dünya
İranın 150-yə yaxın şəhərində məhdudiyyət tətbiq ediləcək

Noyabrın 21-dən İranın bir sıra şəhərlərində hərəkət məhdudlaşdırılacaq.

"Fars" agentliyi xəbər verir ki, bu barədə yeni növ koronavirusla mübarizə üzrə Milli Qərargah məlumat yayıb.

Həmin şəhər COVID-19-un yayılma səviyyəsinə görə “qırmızı zona”ya daxil edilib.

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək. Eyni zamanda, bu şəhərlərdə bütün özəl və dövlət müəssisələrini əhatə edən karantin rejimi tətbiq ediləcək, yalnız ərzaq mağazaları, xəstəxanalar və apteklərin fəaliyyəti istisna olacaq.

İki həftə ərzində tətbiq olunacaq məhdudiyyətlər Tehran da daxil olmaqla, 150-yə yaxın şəhəri əhatə edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər