Müxalifət Paşinyandan Mehri dəhlizi məsələsinin parlamentdə müzakirəsini tələb edir
Tarix: 17-11-2020 12:20 | Bölmə: Dünya
Müxalifət Paşinyandan Mehri dəhlizi məsələsinin parlamentdə müzakirəsini tələb edir

“İşıqlı Emənistan” Partiyasının sədri, deputat Edmon Marukyan parlamentin iclası zamanı vitse-spiker Lena Nazaryandan Qarabağa dair üçtərəfli bəyanatı müzakirə etmək üçün parlamentin təcili toplantısını keçirməyi tələb edib.

Reyting.az
-ın məlumatına görə, vitse-spiker Nazaryan buna cavab olaraq deyib ki, parlamentin rəyasət heyətinə bir gün əvvəl belə təklif verilib, lakin kvorum alınmayıb.

“Kvorum olmayıb. Deputatlar bu məsələni müzakirə etməyi lazım bilməyib”, - vitse-spiker deyib.

Edmon Marukyan isə hakim “Mənim addımım” blokundan olan deputatlara əslində, Azərbaycanla Naxçıvanı birləşdirəcək Mehri dəhlizi məsələsinin müzakirəyə çıxarılmasının lazım olduğunu deyib, bunu niyə müzakirə etmək istəmədiklərinin səbəblərini soruşub:

“Bu dəhlizin nə vaxt, kimin hesabına tikiləcəyini və niyə onlara bu yolu verdiklərini anlamalı idik. Məsələn, döyüş əməliyyatları bitdikdən sonra vətəndaşlarımızın necə tutulduğunu müzakirə edə bilərik. Bəlkə də bu bizə Kəlbəcərdən ayrılmağımız üçün səbəblər verir. Belə suallar var. 88 deputatın bu məsələləri müzakirə etmək istəmədiklərini demək istəyirsinizmi?”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər