Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsini sonuncu yerdə bitirib
Tarix: 23-02-2021 20:01 | Bölmə: Dünya
Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsini sonuncu yerdə bitirib

Qadınlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Məlumata görə, yığmamız AVRO-2022-nin seçmə mərhələsində son matçına çıxıb.

Bunadək keçirdiyi 7 oyunun hamısında uduzan Siyasət Əsgərovun yetirmələri autsayderlərin duelində Moldova ilə görüşüb. “ASK Arena”dakı matç heç bir əhəmiyyət kəsb etməyən 4-cü yer uğrunda mübarizə ilə əlamətdar olub.

Yeganə qələbəsini millimiz üzərində qazanan qonaqlar sonuncu olmamaq üçün Bakıya gəlib. Komandamız isə səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaqla son sıradan qurtulmaq üçün çalışıb.

Görüşün taleyini bir qol həll edib. Müxtəlif ölkələrdən cəlb olunan milliləşən legionerlər hesabına heyəti gücləndirən Azərbaycan yığması yalnız qarşılaşmanın ikinci hissəsində qələbə qoluna imza atıb. Aysun Əliyeva fərqlənib. Lakin bu top sonuncu pillədən qurtulmaq üçün yetərli olmayıb və yığmamız tsikli 5-ci yerdə bitirib.

Qeyd edək ki, D qrupunda mübarizəyə bu gün saat 22:00-da başlayacaq İspaniya – Polşa görüşü ilə yekun vurulacaq/APAsport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}