16:39 / 28-11-2024
Sabah qar yağacaq
Basqınçı dəstəyə hökm oxunub
Tarix: 24-02-2021 14:48 | Bölmə: Dünya
Basqınçı dəstəyə hökm oxunub

Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunu ələ keçirmiş silahlı dəstənin mühakiməsi başa çatıb. Novator.az-ın məlumatına görə, fevralın 24-də Yerevanda birinci instansiya məhkəməsinin hökmü oxunub.

2016-cı il iyulun 17-də Ermənistan paytaxtında patrul-mühafizə polkuna basqın edən silahlı şəxslər polis əməkdaşlarını girov götürüb. Özünü “Sasun dəliləri” adlandıran 31 nəfərlik dəstə radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyub, hökumətin istefası şüarları səsləndirib. Basqın zamanı və sonrakı günlərdə 3 polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. İyulun 31-də dəstə silahı yerə qoyaraq hüquq mühafizə orqanlarına təslim olub.

Məhkəmənin 24 fevral 2021-ci il qərarına əsasən, iki polis əməkdaşını öldürməkdə təqsirli bilinən Smbat Barseqyan 25 il azadlıqdan məhrumetmə cəzası alıb. Dəstənin qalan 8 üzvünə 4 ildən 8 il 2 ay müddətinədək həbs cəzaları verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər