16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahın bəyanatını şərh etməyib
Tarix: 25-02-2021 13:19 | Bölmə: Dünya
Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahın bəyanatını şərh etməyib

Ermənistan Müdafiə Nazirliyi ölkənin baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi general-polkovnik Onik Qaspryanı istefaya göndərməsini şərh etməkdən boyun qaçırıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bundan başqa, "RİA Novosti"nin məlumatına görə, Rusiyanın Yerevandakı səfirliyi də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir N.Paşinyanı istefaya çağıran bəyanatını və hökumət başçısının bu qurumun rəisini istefaya göndərməsi qərarını şərh etməyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər