16:39 / 28-11-2024
Sabah qar yağacaq
XİN başçısı: “Gürcüstan işğala sülh yolu ilə son qoyacaq”
Tarix: 25-02-2021 15:18 | Bölmə: Dünya
XİN başçısı: “Gürcüstan işğala sülh yolu ilə son qoyacaq”

“Əminəm ki, ardıcıl fəaliyyətimiz və beynəlxalq tərəfdaşların dəstəyi ilə Gürcüstan ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə mütləq nail olacağıq”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, 100 il bundan öncə - 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və bu gün Gürcüstan tarixinə ölkənin sovetləşdirilməsi günü kimi daxil olub.

XİN başçısı bildirib ki, bu gün də Rusiya beynəlxalq hüququn əsas prinsiplərini – Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü pozmaqda davam edir və ölkənin iki ayrılmaz bölgəsi – Abxaziya və Cənubi Osetiyanı işğalda saxlayır.

D.Zalkaliani Gürcüstanın demokratik prinsiplərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində ardıcıl xarici siyasət yürütdüyünü qeyd edib: “Əminəm ki, Gürcüstan ümumi Avropa ailəsində layiqli yerini tutacaq”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər