16:39 / 28-11-2024
Sabah qar yağacaq
Paşinyan: "Heç kim əmrimi pozmağa cəsarət edə bilməz”
Tarix: 25-02-2021 17:22 | Bölmə: Dünya
Paşinyan: "Heç kim əmrimi pozmağa cəsarət edə bilməz”

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarının mitinqində Silahlı Qüvvələrin əsgər, zabit və generallarına xidməti vəzifələrinin icrası ilə məşğul olmaq əmri verib.

“Novosti Armeniya” bildirir ki, o, hərbçilərə dövlət sərhədinin və ölkənin ərazi bütövlüyünün qorunması ilə məğul olmağı tapşırıb: “Bu, mənim əmrimdir, heç kim bunu pozmağa cəsarət edə bilməz”.

N.Paşinyan deyib ki, əmrə tabe olmayan hərbçilər həbs edə bilər/Report.

Paşinyan müxaliflərə də mesaj verib: "Bu gün yürüşlər keçiririb bütün aksiyaları dayandırırıq və seçkilərlə bağlı konsultasiya üçün müxalifətlə danışıqlar masasına otururuq. Ancaq sizə söz verirəm: korrupsionerlər hakimiyyətə bir daha qayıtmayacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər