16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Zare Sinanyan: “Əsir məsələsi Ermənistan-Azərbaycan dialoqunu təxirə salır”
Tarix: 03-03-2021 12:46 | Bölmə: Dünya
Zare Sinanyan: “Əsir məsələsi Ermənistan-Azərbaycan dialoqunu təxirə salır”

“Azərbaycan yüzdən çox Ermənistan vətəndaşını saxlayır və bu məsələnin həllində gecikmə İrəvanla Bakı arasında dialoqun başlamasını təxirə salır”.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın diaspor işləri üzrə rəhbəri Zare Sinanyan bildirib.

Sinanyan deyib ki, onlar üçün ən vacib mövzu erməni əsir və məhbusların Azərbaycandan qayıtmasıdır: “Rusiyaya səfərim zamanı Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bu məsələni müzakirə etdim. Onların sayı haqqında məndə məlumat yoxdur. Yüzdən çox olduğu bildirilir. Amma konkret rəqəm yoxdur. Buna görə dialoq aparırıq. Çünki biz də neçə nəfərin əsirlikdə olduğunu öyrənmək istəyirik. Döyüş əməliyyatları üzündən Azərbaycanda olduqlarını bildiyimiz şəxslərin siyahısı var. Bununla yanaşı itkin düşən şəxslərin də olduğu aydındır. Bu siyahı və rəqəmlər daima dəyişir”.

Ermənistanın diaspora məsələləri üzrə rəsmisi ümid edir ki, Moskva bu məsələnin həllinə öz töhfəsini verəcək: “Ümid edirik ki, Rusiya Federasiyası ilə işləməkdə uğur qazana biləcəyik. Rusiya tərəfi bu məsələnin həllinə kömək edəcəyinə dair söz verib. Bu məsələnin ertələnməsi Ermənistanla Azərbaycan arasında dialoqun başlanmasını təxirə salır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}