16:39 / 28-11-2024
Sabah qar yağacaq
İtaliyada COVID-19 xəstələrinə bir doza peyvənd vurulacaq
Tarix: 04-03-2021 14:09 | Bölmə: Dünya
İtaliyada COVID-19 xəstələrinə bir doza peyvənd vurulacaq

İtaliyanın Səhiyyə Nazirliyi koronavirusun səbəb olduğu xəstəliyi olanları iki inyeksiya üçün hazırlanmış bir doza peyvənd ilə aşılamağa qərar verib.

TASS xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti qurumun yeni sənədinə istinadən məlumat yayıb.

Koronavirus keçirənlərə xəstəlikdən üç aydan tez və altı aydan gec olmayaraq peyvənd olunmaq tövsiyə edilir. Üstəlik, həm virusun səbəb olduğu xəstəliyi ağır keçirənlər, həm də xəstəlik əlamətləri olmayan şəxslər peyvənd olunmalıdır.

Qeyd olunur ki, bu qərar ölkədə getdikcə daha çox yayılan yeni koronavirus stamlarına yenidən yoluxma təhlükəsi səbəbindən qəbul edilib. Eyni zamanda, İtaliyada pandemiya başlayandan bu yana sayı 3 milyona çatan yoluxmuş şəxslərin doza qıtlığı və çatdırılmalardakı gecikmələr səbəbindən “geri qalan” vaksinasiya təqviminə necə salınacağı göstərilməyib.

Səhiyyə Nazirliyinin saytında göstərilən məlumatlara görə, bu günə qədər 4 757 890 nəfər ilk dozanı qəbul edib, təxminən 1,5 milyon insan tam immunizasiya olunub.

Daha əvvəl peyvənd hazırlayan və istehsal edən şirkətlərin aşının virusun yeni mutasiyalarına qarşı effektivliyi üzrə testlər həyata keçirdikləri və immuniteti gücləndirmək üçün üçüncü dozanın vurulacağının da istisna edilmədiyi bildirilmişdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər