16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ermənistanın ehtiyatda olan hərbçilər etiraz aksiyası keçirəcək
Tarix: 04-03-2021 14:29 | Bölmə: Dünya
Ermənistanın ehtiyatda olan hərbçilər etiraz aksiyası keçirəcək

Ermənistanın ehtiyatda olan hərbçiləri martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.

Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.

Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər