ABŞ, Avropa İttifaqı və NATO Türkiyəyə başsağlığı veriblər
Tarix: 04-03-2021 23:00 | Bölmə: Dünya
ABŞ, Avropa İttifaqı və NATO Türkiyəyə başsağlığı veriblər

ABŞ-ın Türkiyədəki səfirliyi, Avropa İttifaqı və NATO-dan Türkiyədə 10 hərbçinin həlak olması ilə bağlı başsağlığı verilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

ABŞ səfirliyi ilə Avropa İttifaqı da baş verən hadisədən kədərləndiklərini bildirirək, Türkiyə xalqına başsağlığı veriblər.

Xatırladaq ki, helikopter qəzasında 1-i general Osman Ərbaş olmaqla 10 hərbçi şəhid olub, 3 yaralı var.




Bölməyə aid digər xəbərlər
21-04-2021, 18:05 Rusiya ABŞ-a nota verib

bütün xəbərlər
{sape_links}{sape_article}