16:39 / 28-11-2024
Sabah qar yağacaq
Türkiyədəki helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
Tarix: 05-03-2021 09:21 | Bölmə: Dünya
Türkiyədəki helikopter qəzasının ilkin səbəbləri açıqlanıb

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə əlaqələndirilir.

“Anadolu” xəbər verir ki, bunu ölkənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bildirib ki, ilkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H. Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş Qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər