Avropa Parlamenti bu ərazilərdə yaşayan şəxslərə verilən Rusiya pasportlarını tanımayacaq
Tarix: 24-11-2022 17:45 | Bölmə: Dünya
Avropa Parlamenti bu ərazilərdə yaşayan şəxslərə verilən Rusiya pasportlarını tanımayacaq

Avropa Parlamenti Krımda, qondarma Abxaziya və Cənubi Osetiya respublikalarında Rusiya pasportları verilən şəxslərə viza verilməsinin qadağan edilməsinin lehinə səs verib.

TASS xəbər verir ki, sənədin lehinə 531 deputat, əleyhinə 7 səs verib.

“Vahid viza siyasətini və xarici sərhədləri keçən şəxslərin yoxlanılmasına vahid yanaşmanı təmin etmək məqsədilə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində və ya Gürcüstanın separatçı bölgələrində yaşayan şəxslərə verilmiş Rusiya sənədləri Aİ-yə vizaların verilməsi və xarici sərhədləri keçmək üçün etibarlı sənədlər kimi qəbul edilmir”, - bildirilib.

Qeyd edilib ki, Rusiya sənədlərinin verildiyi vaxt yetkinlik yaşına çatmayan və ya rəsmi olaraq iş qabiliyyəti olmayan şəxslər üçün istisnalar edilməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər