Baxçalı: "Hökuməti istefaya çağıranlar cəzalandırılsın"
Tarix: 28-02-2023 13:10 | Bölmə: Dünya / Xəbərlər
Baxçalı: "Hökuməti istefaya çağıranlar cəzalandırılsın"

Stadionlardan yüksələn istefa sədalarından sonra futbol oyunlarının azarkeşsiz keçirilməsini tələb edən MHP lideri Dövlət Baxçalı bu gün partiyasının toplantısında sərt açıqlamalar verib.

Reyting.az
xəbər verir ki, o, iclasda çıxış edərək "Fənərbağça" və "Beşiktaş"ın oyunlarında Türkiyə prezidenti Ərdoğanın istefaya çağırılmasını təxribat adlandırıb.

D. Baxçalı deyib ki, bu çağırşı edənlər tapılmalı və cəzalandırılmalıdır: "Stadionlarda izdihamın içinə sızan, dövlətə və hökumətə meydan oxuyanlar əvvəlcə müəyyən edilməli, sonra cəzalandırılmalıdır"

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər