Pakistanın Kim Kardaşyanı böyük qardaşı tərəfindən öldürüldü - Fotolar
Tarix: 19-07-2016 19:07 | Bölmə: Fotoqalereya

Reyting.az xəbər verir ki, Pakistanın Kim Kardaşyanı kimi tanınan Qandil Baloç "ailə şərəfinin qorunması” üçün yuxuda ikən boğularaq öldürülüb.

Əsl adı Fuziya Əzim olan 26 yaşlı gənc qadın model, oyunçu, müğənni və internet fenomeni kimi tanınırdı. Onu şöhrətin zirvəsinə çıxaran hadisə isə Hindistan və Pakistan arasında oynanan kriket üzrə Dünya çempionatının finalında Pakistanın qələbə qazanacağı təqdirdə striptiz-şou göstərəcəyini elan etməsi olub.

Universitet məzunu və 7 dil bilən gənc qadının "Twitter”də 40 min, "Instagram”da 124 min və "Facebook”-da 700 min təqibçisi vardı və o özü-özünə "Pakistanın Kim Kardaşyanı” deyirdi.

M.Rzabəyli 






Bölməyə aid digər xəbərlər
20-10-2022, 07:35 Ağalı kəndi... - Fotolar
7-11-2021, 18:19 Zəfər yolu... - Fotolar
21-10-2021, 08:23 Azad Zəngilan - Fotolar
5-10-2021, 13:48 Qələbə sevinci - Fotolar
23-12-2020, 19:21 Bizim Qubadlı - Fotolar

{sape_links}{sape_article}