01:04 / 26-08-2025
Bu gün Laçın Şəhəri Günüdür
00:03 / 26-08-2025
Bu gün Mehriban Əliyevanın doğum günüdür
22:47 / 25-08-2025
"Zirə” “Qəbələ”ni məğlub edib
20:51 / 25-08-2025
Xocavənddə yanğın başlayıb
19:13 / 25-08-2025
Şahin Şıxlinski toyuq hini boyda kamerada saxlanılır: "Hər an ölə bilər"
18:56 / 25-08-2025
"Coca-Cola" nəhəng şəbəkəni satmaq istəyir
18:47 / 25-08-2025
Özbəkistan PA rəhbəri Mehriban Əliyevaya məktub ünvanlayıb
18:28 / 25-08-2025
İlham Əliyev Donald Trampa təşəkkürünü bildirib
18:21 / 25-08-2025
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var
18:03 / 25-08-2025
IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib
17:34 / 25-08-2025
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
17:33 / 25-08-2025
Yaponiya Çində keçiriləcək tədbiri boykot etməyə çağırır - Foto
17:14 / 25-08-2025
Qəzzada 300 nəfər acından ölüb - 117-si uşaqdır
17:05 / 25-08-2025
Şahin Diniyevin oğlu "Araz-Naxçıvan”la anlaşıb
17:00 / 25-08-2025
Kelloq: 2026-cı ildə Ukrayna fərqli ölkə olacaq
16:48 / 25-08-2025
İsa Həbibbəylinin qızı vəzifədən çıxarılıb
16:46 / 25-08-2025
ABŞ Rusiya təyyarələrini ələ keçirib
16:41 / 25-08-2025
Qəbələdə qəza olub, bir nəfər ölüb
16:37 / 25-08-2025
Gəncədə ana və oğlu bıçaqlanıb
16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
16:00 / 25-08-2025
Un neçəyədir? - Qiymət açıqlanıb
15:41 / 25-08-2025
Ticarət mərkəzindəki güclü yanğın söndürülüb - (Yenilənir+) - Fotolar
15:36 / 25-08-2025
Ağdərədə yanğın başlayıb
15:29 / 25-08-2025
Putin Trampı aldadır
15:18 / 25-08-2025
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlanıb
15:11 / 25-08-2025
DİM: "Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub"
15:01 / 25-08-2025
Mərkəzi Bankda yeni təyinat olub
14:37 / 25-08-2025
2025-ci ilin ən gözəl aktrisalarını seçiblər - Siyahı
14:34 / 25-08-2025
Həbsxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
14:31 / 25-08-2025
Tramp Merilend ştatına ordu göndərməyə hazırlaşır
18:17 / 21-08-2025

21:19 / 21-08-2025

11:25 / 21-08-2025

09:37 / 22-08-2025

15:41 / 25-08-2025

19:38 / 22-08-2025

18:23 / 21-08-2025

14:50 / 22-08-2025

13:04 / 22-08-2025

18:02 / 23-08-2025

00:05 / 23-08-2025

İlham Əliyev Tuğ kəndində: “Elə bil ki, cənnətdir” - Fotolar
Tarix: 10-10-2021 15:22 | Bölmə: Fotoqalereya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Görün, nə günə salıblar.
Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib.
Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub?
Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülki olub.
Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik.
Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir.
Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar.
Prezident İlham Əliyev: Bu, məktəb olub?
Sakin: Bəli, məktəb, yanında da bağça.
Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir.
Prezident İlham Əliyev: Hansı? Bu?
Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar.
Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub.
Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir.
Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub.
Prezident İlham Əliyev: Hamısı quruyub.
Sakinlər: Bəli, bulaq var idi quruyub.
Prezident İlham Əliyev: Burada da bulaq var idi?
Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar.
Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik... Elə bil ki, cənnət bir yerdir.
Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində “Dədə Qorqud” dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda “Qaraçuğun aslanı” adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik.
Prezident İlham Əliyev: O bizdədir.
Sakin: Ulu Öndər saxladı, 1994-cü ildə aprel ayının 10-da. Çox müqəddəs gün idi.
Prezident İlham Əliyev: Bilirəm, gəlmişik.
Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır.
Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq.
Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub.
Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi.
Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi.
Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi.
Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə “Azərbaycanın Əməkdar jurnalisti” adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir:
Xoşbəxtliklə dolub indi baxışlar,
Zəfər yaşadır bu anları.
Bizim dilimizdən qopan alqışlar,
Sizə duaçıdır azərbaycanlılar.
Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək.
Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib.
Prezident İlham Əliyev: Bəli.
Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz?
Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla “bəzəyiblər”, hamısı da saxta.
Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var.
Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik.
Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub.
Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında “Qarabağnamə”nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub.
Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır?
Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb.
Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var.
Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var.
Sakin: Gözəl yollar çəkilir.
Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.
Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub.
Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm.
Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var.
Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır.
Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır.
Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə.
Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.

Bölməyə aid digər xəbərlər

Dünən, 16:14
Vəhşi təbiət... - Fotolar
8-08-2025, 17:06
Marsdan maraqlı fotolar...
7-02-2025, 19:47
Ən yaxşı sualtı fotolar... - Fotolar
25-12-2024, 18:20
Kosmosdan çəkilmiş ən yaxşı şəkillər… - Fotolar
7-12-2024, 11:07
Ən yaxşı təbiət fotoları...
30-11-2024, 16:53
İlin ən yaxşıları... - Fotolar
29-05-2023, 10:49
Laçına qayıdış... - Fotolar
20-10-2022, 07:35
Ağalı kəndi... - Fotolar
28-05-2022, 23:04
Bakıda möhtəşəm tədbir... - Fotolar
25-12-2021, 10:26
Qarabağa növbəti səfər... - Fotolar
7-11-2021, 18:19
Zəfər yolu... - Fotolar
26-10-2021, 19:37
Dünyanın diqqəti Qarabağda... - Fotolar
21-10-2021, 08:23
Azad Zəngilan - Fotolar
18-10-2021, 13:04
Füzuli şəhərini yenidən tikirlər - Fotolar
10-10-2021, 15:22
İlham Əliyev Tuğ kəndində: “Elə bil ki, cənnətdir” - Fotolar
5-10-2021, 13:48
Qələbə sevinci - Fotolar
18-09-2021, 19:26
Şuşada ilk dəfə... - Fotolar
17-09-2021, 11:13
Erməni vandalizmi... - Fotolar
30-08-2021, 10:09
Mehriban Əliyevanın Xocavənd paylaşımı - Fotolar
30-08-2021, 09:20
Bülbülün Şuşadakı ev-muzeyi... - Fotolar
15-02-2021, 14:05
Prezident və ailə üzvləri Qarabağda - Fotolar
20-01-2021, 12:54
Şəhidlər xiyabanı - and yerimiz - Fotolar
23-12-2020, 19:21
Bizim Qubadlı - Fotolar
11-12-2020, 10:59
Zəfərə layiqlərin paradı... - Fotolar
21-11-2020, 11:08
Ermənilər Ağdamı viran qoyub - Fotolar
20-11-2020, 17:43
Bakıda növbəti zəfər yürüşü - Fotolar
19-11-2020, 21:37
Erməni vandalizminin qurbanları... - Fotolar
19-11-2020, 18:38
Vandalların viran qoyduğu şəhər - Füzuli
8-11-2020, 18:52
Şuşa zəfəri... - Fotolar
8-11-2020, 17:28
Zastavalarda Azərbaycan bayrağı ucaldılıb - Fotolar
7-11-2020, 23:45
Ermənilərin cinayəti... - Fotolar
5-11-2020, 18:27
Müharibə qartalları... – Fotolar
31-10-2020, 00:06
Ruhi ön cəbhədə... - Video - Fotolar
30-10-2020, 23:31
Erməni vandalizmi... - Fotolar
22-10-2020, 14:58
Suqovuşanın sahibinə qovuşan yolları... - Fotolar
20-10-2020, 23:23
Müzəffər Ordumuzun igidləri... - Fotolar
19-10-2020, 20:07
Hadrutun azad edilməsində fədakarlıq göstərənlər... Fotolar
15-09-2020, 12:03
Afaq Gəncəli zinət əşyalarını nümayiş etdirib - Fotolar
11-09-2020, 14:29
Məşhur aparıcını baxış, işıq və stilist dəyişdirib - Fotolar
7-09-2020, 12:13
Müğənni fərqli obrazlar yaradıb - Fotolar
27-08-2020, 12:09
Müğənni üç fərqli obrazda – Fotosessiya
26-08-2020, 12:18
Yeni obrazı Xalq artistini tənqid hədəfinə çevirib - Fotolar
20-08-2020, 12:59
Məleykə Əsədova gözəllik sirrini açıb - Fotolar
18-08-2020, 20:19
Rəqqasə Fatimə fərqli obrazlarda…- Fotolar
18-05-2020, 12:37
Aygünün yeni imici maraq doğurub - Fotolar
17-05-2020, 22:55
Xalq artistimiz fərqli obrazlar yaradıb - Fotolar
15-05-2020, 22:36
Elza Seyidcahan yenə fərqli obraza girib - Fotolar
14-05-2020, 13:47
Gülay izləyicilərini təəccübləndirib - Fotolar