Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
Tarix: 26-08-2016 16:40 | Bölmə: Fotoqalereya

"Həyatda rollarımdan çox fərqliyəm. Katibə obrazını elə bil mənə çox yaraşdırırlar. Bəlkə də, vücuduma uyğundur. Dəqiq bilmirəm. Məni tanıyan bilir ki, cəmi bir dəfə ailə həyatı qurmuşam, ondan sonra da ərə getməmişəm”
Reyting.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında əməkdar artist Nahidə Orucova deyib.
Aktrisa söyləyib ki, bu günə kimi kişilərin əhatəsində olmayıb: "Yanımda bir kişi belə olmayıb, yalnız və tək olmuşam. Bacım, bacımın övladları və qızımla əylənirəm, görüşürəm. Məni kişilərin əhatəsində heç kəs görə bilməz. Ola bilsin ki, dostlarımla görünərəm. Nə yaxşı ki, ünsiyyətcil xanımam. Özümə qapansam, yaşaya bilmərəm. Qeyd edim ki, dostluq etdiyim kişilərin arvadı da mənimlə dostluq edir. Bu, mütləq bir şeydir. Özüm görüşən zaman deyirəm ki, xanımını da gətir, tanış olaq. Ona görə də aktyorların xanımları məni qısqanmırlar”.
Əməkdar artist qızının ona qadağalar qoyduğunu da qeyd edib: "Qızımın 27 yaşı var, ailəli deyil. Mənə çox müdaxilə edir. Deyir ki, niyə verilişdə belə söz işlətdin, çox gülürsən?
Rol və obrazlarıma da qarışır. Qızım deyir ki, ana, sənə yaraşan və xasiyyətinə uyğun biri varsa, ərə get. Söyləyir ki, niyə tək qalmısan? Elə bir şəxs yoxdur”.

N.Orucova açıqlama zamanı qolundakı döymənin mənasından da danışıb: "Keçmişin yadigarıdır. 10 il qabaq etdirmişəm. Qolumda böyük şram var idi, gizlətmək üçün döymə etdirdim. Uşaqlıqda peyvənd vurmuşdular, qolumda böyük izi qalmışdı.İki şram var idi, biri balaca, digəri isə böyükdür. Hamının diqqətini cəlb edirdi, bağlamaq üçün Çin heroqlifləri ilə adımı yazdırdım”.
Musiqili Komediya Teatrının aktrisası efirdə eyni simaların görünməsindən şikayətlənib:
"Bizdə elə bil yeni bir ənənə yaranıb. Bir adamdan həmişə yapışırlar, hər yana da onu çağırırlar. Filmlərə, verilişlərə həmin aktyor-aktrisanı dəvət ediblər. Sonra deyəndə ki, filankəsi çağırın. Cavab verirlər ki, biz onu tanımırıq. Siz tanımalısız.
Mən keçmiş sənətkarlardan bəhs edirəm. Onlar vaxtı ilə öz sözlərini deyiblər. Elə aktyorlar var ki, onları TV tamaşalarında, eləsi də var ki, teatr və kino səhnəsində görmüşdük. Akytor peşəkar olmalıdır”.


Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki