Rusiya öz gözəlini seçdi - Fotolar
Tarix: 17-04-2016 19:23 | Bölmə: Fotoqalereya

 Aprelin 16-da Moskvada "Barvixa Luxury Village” konsert zalında "Miss Rusiya-2016” müsabiqəsinin final mərhələsi keçirilib.

"Qafqazinfo” Rusiya mətbuatına istinadən verir ki, 18 yaşlı Tümen sakini Yana Dobrovolskaya müsabiqənin qalibi olub. O, Tümen İncəsənət Dövlət Kollecinin xoreoqrafiya fakültəsini bitirib. Boyu 174 sm-dir.

Brilliant və mirvarilərlə bəzədilmiş ağ qızıl tacı Yanaya müsabiqənin ötənilki qalibi Sofiya Nikitçuk təqdim edib.

Ona avtomobil və 3 milyon rubl hədiyyə edilib. Eləcə də, Rusiyanı "Dünya gözəli” və " Kainat gözəli” müsabiqələrində təmsil etmək imkanı yaradılıb.

Müsabiqənin ikinci qalibi isə Kirovdan olan Yuliya Xoroşavinodur.









Bölməyə aid digər xəbərlər
20-10-2022, 07:35 Ağalı kəndi... - Fotolar
7-11-2021, 18:19 Zəfər yolu... - Fotolar
21-10-2021, 08:23 Azad Zəngilan - Fotolar
5-10-2021, 13:48 Qələbə sevinci - Fotolar
23-12-2020, 19:21 Bizim Qubadlı - Fotolar

{sape_links}{sape_article}