20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bakıdan Xankəndiyə humanitar yardım davamlı ola bilər
Tarix: 30-08-2023 19:48 | Bölmə: Gündəm
Bakıdan Xankəndiyə humanitar yardım davamlı ola bilər

Xankəndiyə göndərilən ilk humanitar yük qəbul edilsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesi davam etdirə bilər.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan deyib.

N. Aslan bunun zəncirvari proses olduğunu bildirib: “Ehtiyac olarsa, yenə humanitar yüklər göndəriləcək. Bu məsələ hər iki tərəfdən asılır. Biz Qarabağda yaşayan ermənilərin ehtiyaclarını digər mənbələrdən də ala, onların özləri ilə də danışıqlar vasitəsilə öyrənə bilərik. Bizim tərəfdaşlarımız var. Məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası. Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına uyğun olaraq imkanları daha genişdir. Onlardan biz rəy ala bilərik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasını, xoş niyyətini həyata keçirmək üçün burdadır. İnanıram ki, hər bir tərəf - istər beynəlxalq ictimaiyyət, istər bizim Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımız bizi düzgün anlayacaqlar.

Bu da bir testdir. Qarşı tərəf ərzaq yardımını qəbul etmək istəmirsə, burda da suallar yaranır. Birinci sual odur ki, əgər ehtiyac varsa, niyə qəbul etmirlər? İkinci sula budur ki, biz insanıqsa, yaradanlımız birdirsə, bu ədavət nə vaxta qədər davam edəcək? Burada ortaya qoyulan mövqe bizim xoş məramımızdır. Ortaya qoyulan mövqe budur ki, Qızıl Aypara Cəmiyyəti Azərbaycanın hər bir ərazisində, o cümlədən Qarabağ iqtisadi zonasında öz missiyasını həyata keçirmək əzmindədir. Biz Qarabağda, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər