20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Laçın” sərhəd-buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi təmin edilib
Tarix: 31-08-2023 15:55 | Bölmə: Gündəm
“Laçın” sərhəd-buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi təmin edilib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

Reyting.az
xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus nəqliyyat vasitələri keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 30 şəxs olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər