14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ermənilərin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
Tarix: 03-09-2023 20:02 | Bölmə: Gündəm
Ermənilərin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Reyting.az 
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər: "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}