18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Laçın” buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi təmin edilib
Tarix: 08-09-2023 12:31 | Bölmə: Gündəm
“Laçın” buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi təmin edilib

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.

Reyting.az
xəbər verir ki, ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılıb.

Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}