18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Nazirlər Kabineti istilik enerjisindən istifadə qaydalarını təsdiqləyib
Tarix: 08-09-2023 15:49 | Bölmə: Gündəm
Nazirlər Kabineti istilik enerjisindən istifadə qaydalarını təsdiqləyib

Nazirlər Kabinet istilik enerjisindən istifadə qaydalarını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “İstilik enerjisindən istifadə qaydaları”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək. İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}