18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri elan olunub
Tarix: 11-09-2023 20:08 | Bölmə: Gündəm
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri elan olunub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Reyting.az
Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15 580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 464 nəfər qəbul olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}