18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Hikmət Hacıyev: “Konqresmen Azərbaycanla bağlı yalan danışır”
Tarix: 13-09-2023 14:32 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Konqresmen Azərbaycanla bağlı yalan danışır”
H. Hacıyev

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezə cavab verib.

Reyting.az
-ın xəbərinə görə, H. Hacıyev "X" platformasındakı (Twitter) paylaşımında qeyd edib:

“Konqresmen Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə Senatın Xarici Əlaqələr Komitəsinə yalan məlumat və saxta şəkillərlə yalan danışır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar”.

H. Hacıyev paylaşımında yazıb ki, bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}