Prezident iki universitetə rektor təyin edib - (Yenilənib) - Sərəncam
Tarix: 13-09-2023 16:00 | Bölmə: Gündəm
Prezident iki universitetə rektor təyin edib - (Yenilənib)

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsində çalışırdı.

***

Prezidentin digər Sərəncamı ilə Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.


Prezident Yaqub Maksim oğlu Piriyevi Bakı Mühəndislik Universitetinin rektoru təyin edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}