Namazov: "Rusiya Cənubi Qafqazı tərk edəndə süni şəkildə yaratdığı..."
Tarix: 19-09-2023 09:57 | Bölmə: Gündəm
Namazov: "Rusiya Cənubi Qafqazı tərk edəndə süni şəkildə yaratdığı..."

"Rusiya imperiyası tərəfindən işğal olunana qədər Cənubi Qafqazın siyasi xəritəsində nə “Ermənistan”, nə də “Dağlıq Qarabağ” adlı ərazi olub".

Reyting.az
xəbər verir ki, bunu politoloq Eldar Namazov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Rusiya imperiyasının işğalı dövründə yalnız iki xalqın - gürcülərin və azərbaycanlıların öz dövlət qurumlarına malik olduğu bir bölgə olub: "Gürcüstan Krallığı və Azərbaycan xanlıqları”.

E. Namazov qeyd edib ki, yalnız Cənubi Qafqazın işğalından sonra Rusiya imperatorunun fərmanı ilə burada, Azərbaycan torpaqlarında ermənilər üçün süni şəkildə “Ermənistan bölgəsi”, sonra isə “Dağlıq Qarabağ” yaradılıb.

E. Namazov daha sonra deyib ki, indi bir sual təkcə tarixçilər üçün deyil, həm də müasir siyasətçilər və diplomatlar üçün də maraqlıdır: "Rusiya Cənubi Qafqazı tərk edəndə, süni şəkildə yaradılmış bu birləşmələrin taleyi necə olacaq? Rusiya onları özü ilə aparacaqmı?".



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}