Hərbçilərimiz yaralı erməni qadını hospitala yerləşdirib - Video
Tarix: 21-09-2023 21:10 | Bölmə: Gündəm
Hərbçilərimiz yaralı erməni qadını hospitala yerləşdirib

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}