Xocalıda erməni nümayəndələri ilə görüş başa çatıb - Fotolar
Tarix: 25-09-2023 15:04 | Bölmə: Gündəm
Xocalıda erməni nümayəndələri ilə görüş başa çatıb

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyətinin rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında ilk görüş sentyabrın 21-də Yevlaxda keçirilib.

***

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

Reyting.az
xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilmişdi.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}