Azərbaycan parlamentinin işçi qrupu fəaliyyətini dayandırır
Tarix: 03-10-2023 13:47 | Bölmə: Gündəm
Azərbaycan parlamentinin işçi qrupu fəaliyyətini dayandırır

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa Respublikasının Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır.

Reyting.az
xəbər verir ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}