İlham Əliyev: “Cənubi Qafqazda sülh üçün tarixi şərait yaranıb”
Tarix: 10-10-2023 16:32 | Bölmə: Gündəm
İlham Əliyev: “Cənubi Qafqazda sülh üçün tarixi şərait yaranıb”

“Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb”.

Reyting.az
xəbər verir ki, bu sözlər Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdədir.

Azərbaycan prezidentinin müraciətində qeyd olur ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}