Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib
Tarix: 11-10-2023 15:29 | Bölmə: Gündəm
Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}