Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib
Tarix: 12-10-2023 11:07 | Bölmə: Gündəm
Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}